Cəlilabadda evdən qaçan məktəblilər `Torqovı`da tapıldı


20:34     25 Dekabr 2017 mektebli3.jpg

"Bakıya gəzmək üçün getmişdik. Yolkaları televizorda görmüşdük. Bulvara getdik ki, onları görək".

Femida.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu valideynlərindən xəbərsiz şəkildə Bakıya qaçan 14 yaşlı Cəlilabad məktəblisi Xalid Əliyev deyir.

O, həmyaşıdı İsmayıl Əmənovla 3 gün bütün ölkə ərazisində axtarılıb. Axtarışlar uşaqların Bakı şəhərində tapılması ilə yekunlaşıb: "Maşına mindik, getdik bulvara. Ondan sonra xəbər aldıq ki, axtarışdayıq. Dostumla bir yerdə vətəndaşın biri yaxınlaşıb dedi ki, sizi axtarırlar. Biz də ondan sonra nömrə filan verdik, danışdıq. Sonra dayımgil gəlmişdi, qayıtdıq. Biz səhv etmişik, bir də belə olmaz. Öz yaşıdlarıma da deyirəm, icazəsiz getmək olmaz".

Məlumata görə, hər iki şəxs Bakının "Torqovı" kimi tanınan “Nizami” küçəsində tapılıb. Uşaqlar evdən getmələrinin səbəbini Yeni il bayramını Bakıda keçirmək istəyi ilə izah ediblər. İsmayılın babası Vaqif Manafovun sözlərinə görə, onların Bakıdakı hotellərin birində gecələdiyi məlum olub: "Mən həddimdən artıq sevincliyəm. İki gün mənim üçün zindan kimi oldu. İndi Allahıma şükür edirəm. Sizə çox sağ ol deyirəm, minnətdaram! Sizin köməyinizlə oldu".

Qeyd edək ki, Cəlilabad şəhər sakinləri Xalid Əliyev və İsmayıl Əmənov dekabrın 21-də səhər tezdən məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. Yeniyetmələr şəhər Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləridirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 3474